Emosionallıq Quranda necə dəyərləndirilir?


Emosionallığın Quranda yeri yoxdur. Çünki Quranda ağıllı mömin olmaq vurğulanır. Allah Ondan qorxub çəkinənləri bir nemət olaraq ağıllı edər. Ağıllı olan möminlər isə hadisələri həmişə Allah`ın Quranda göstərdiyi mütləq doğrular çərçivəsində dəyərləndirirlər.

 

İslam gözəllik və asanlıqdır


Dövrümüzdə insanların bir qismi din əxlaqından uzaq həyat yaşayırlar. Çünki cəmiyyətdə belə bir fikir var ki, gözəl əxlaqlı yaşamaq çox çətindir. Əslində, insanların əksəriyyətinin bu cür yanlış düşüncə tərzinin kökündə Quranı tam bilməmələri və din haqqında eşitdikləri xurafatlarla həqiqi İslamı ayırd etməmələri durur.

 

Hər problemin həlli Qurandadır


Quran əxlaqından uzaq yaşayan insanların düşüncə və davranış tərzinə görə meydana gələn ictimai quruluş həmin insanlara və cəmiyyətə böyük sıxıntı gətirir. Bunun həllini də dinsizliyin içində axtardıqlarına görə, bu problemləri həll edə bilmirlər. Onların bu vəziyyətlərinin əksinə, səmimi möminlərin həyatı rahat və təhlükəsizdir.