QƏFLƏTİN SONU
Qəflət Allah qatından gələn bütün xəbərdarlıqlara baxmayaraq, bunda inad edənləri dəhşətli və tərifi mümkün olmayan əbədi bir əzaba doğru sürətlə sürüyər. Qafil olmaqda inadkarlıq edən və qəflət içində dünyadan ayrılan insanlar Allah`ın yaratdığı imtahan dünyasından sonra əbədi həyatlarına artıq cəhənnəm əhli olaraq davam edəcəklər. Quranda bildirildiyi kimi, qəflət içindəki insanların göz və qulaqları möhürlənmiş, anlayışları alınmışdır. Qəbul və şüur səviyyəsində heyvan kimidirlər. Hətta bu vəziyyəti öz razılıqları ilə qəbul etdikləri üçün onlardan daha da aşağıdırlar. Allah Quranda bu vəziyyətdəki insanları belə təsvir edir:
Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)
Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Furqan surəsi, 44)
Heyvanların şüuru yoxdur. Yuxarıdakı ayələrdən aydın olduğu kimi, qəflət içindəki insanlar da sanki heyvanların olduğu şüursuzluq içindədirlər. Bu şüursuzluq səbəbi ilə qəlbləri qatılaşmışdır. Gördükləri, eşitdikləri hadisələr özlərinə edilən xatırlatmalar, verilən nəsihətlər onları içində olduqları vəziyyətdən çıxartmaz. Hər nə ilə qarşılaşsalar da, düşünüb ibrət götürməzlər.
Halbuki, hər insan həqiqətləri anlamağa və yerinə yetirməyə məsuliyyət daşıyırlar. Ancaq qəflətdə inadkarlıq etdiyi təqdirdə dünyadakı digər canlı növlərindən daha ağılsız bir vəziyyətə düşər və insana insan xüsusiyyəti qazandıran bütün xüsusiyyətlərini itirər. İnsanlara Allah`ın varlığını qavrayıb Ona qulluq etmələri üçün verilən qəbul etmə, hiss etmə və anlama kimi üstünlüklərin qəflətdə qalmağa israrlı və qərarlı olan insanlarda möhürləndiyi Quranda belə bildirilir:
Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafildirlər! (Nəhl surəsi, 108)
Ayədə təsvir edilən insanın hissləri tamamilə örtülmüşdür. Bu vəziyyətdəki qafil insan ciddi səy göstərib Allah`a yönəlmədiyi müddət boyu artıq cəhənnəm əhli olmaqdan xilas ola bilməz. Cəhənnəmdəki şüursuzluq və çaşqınlığı isə daha çoxdur:
Bu dünyada kor olan axirətdə də kor olar və yoldan daha çox azar! (İsra surəsi, 72)
Oradakı əzabın şiddəti və dəhşəti isə bir ayədə belə təsvir edilmişdir:
O, Allah`ın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar! (Huməzə surəsi, 6-9)
Qəflət içində yaşayan, bu vəziyyətdən xilas olmaq üçün səy göstərməyən və Qurandan, Allah`ın rizasından xəbərsiz bir şəkildə ölən insanlar cəhənnəmə süründürülərlər.
NƏTİCƏ
Kitab boyu izah etdiyimiz kimi, qəflətə düşənlərdən olmaq bir insanı həlaka sürüyən əsas səbəblərdən biridir. Qəflət içindəki insan hər şeyin yolunda olduğunu və gözəl həyat yaşadığını zənn edə bilər. Hər şeyi bildiyini və hər şeyi doğru etdiyini düşünməsi bunun ən diqqəti cəlb edən göstəricisidir. Ancaq bu qəflət halı axirət günü Allah`ın hüzurunda sona çatacaq:
Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən! (Qaf surəsi, 22)
Artıq insan qəflət halının hakim olduğu gözəl dünya həyatında davamlı olaraq üz çevirdiyi, inanmamaqda inad etdiyi həqiqətləri açıq şəkildə görməyə başlayacaq. Daha əvvəl özünə xəbər verilən, lakin heç diqqət yetirmədiyi cəhənnəm əzabı ilə qarşılaşacaq. O gün yox olmağı və ya dünya həyatına dönüb Allah rizasını qazanacaq şəkildə yaşamağı istəyəcək. Amma ona əbədi olaraq cəhənnəm xalqı arasında olmaqdan və sonsuz bir əzabdan başqa çatıb qərar alacaq yer olmayacaq. Quranda qiyamət günü və heç bir yerə qaçış olmadığı haqqında bildirilən ayələr belədir:
Göz bərələcəyi; ay tutulacağı; günəşlə ay birləşəcəyi zaman - məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Rəbbinin hüzurudur! (Qiyamət surəsi, 7-12)
İnkar edənlərin böyük qorxu, çarəsizlik və peşmanlıq yaşayacağı qiyamət günü ilə qarşılaşmadan əvvəl hər insan öz durumunu səmimi şəkildə nəzərdən keçirməlidir. Şüuru örtməklə insanı heyvanlardan aşağı bir canlı növünə çevirən qəflət bəlasına qarşı səmimiyyətlə Allah`a yönəlmək, davamlı Allah`ı xatırlamaq və Rəbbimizin göndərdiyi kitab olan Qurana tam tabe olmaq lazımdır.
Qəflətdə olmadığını və qəflətə düşmə ehtimalının olmadığını düşünüb özünü müstəğni (bu vəziyyətdən uzaq) görmək böyük bir səhvdir. Çünki müstəğniyyət insanın qəflət xəstəliyinə hər an tutula biləcəyinin bir göstəricisidir. Şeytan heç durmadan ən kiçik fürsəti belə qiymətləndirməkdən qaçmayıb insanı qəflətə salmağa və özü ilə birlikdə cəhənnəmə sürüməyə çalışır:
Allah haqqında heç bir şey bilmədən mübahisə edən və Allah`a asi olmuş hər bir şeytana uyan insanlar da vardır. Haqqında əzəldən belə yazılmışdır: hər kəs onunla dostluq etsə, (şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər. (Həcc surəsi, 3-4)Məlumdur ki, qəflət hər insanı heç bir mühit və şərtdən asılı olmayaraq şeytanın və nəfsin təlqinləri ilə bürüyüb əhatə etməyə çalışır. Ancaq qəflət yalnız qəflət içində qalmaq istəyənlərdən əl çəkməz. Qəflət içində qalmağa, şeytanın dostu olmağa razı olmayan vicdanlı insanlara qurtuluş yolu həmişə açıqdır. Allah qəflətdən xilas olmağın yollarını Quranda ətraflı şəkildə bildirmişdir. Allah`ı davamlı xatırlamaq, Ona yönəlmək, Ondan qorxub çəkinmək və hər an Onun rizasını axtarmaq qəfləti yox edər və insanı üstün ağıl və imana qovuşdurar. Bu da (hər nə qədər şeytan əksini təlqin etməyə çalışsa da) ən gözəl, ən rahat, ən əmin və ən asan yoldur. O halda, səmimi olaraq Allah`a yönələn insan gecikmiş deyil. Rəbbimizin rəhmətini ümid edə bilər. Ayədə belə buyurulur:
Rəbbiniz ürəklərinizdə olanları ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız, Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır! (İsra surəsi, 25)