Emosionallıq Quranda necə dəyərləndirilir?

1Emosionallığın Quranda yeri yoxdur. Çünki Quranda ağıllı mömin olmaq vurğulanır. Allah Ondan qorxub çəkinənləri bir nemət olaraq ağıllı edər. Ağıllı olan möminlər isə hadisələri həmişə Allah`ın Quranda göstərdiyi mütləq doğrular çərçivəsində dəyərləndirirlər. Ağıl və vicdanlarına uyğun hərəkət edərək qərar verir və bu yolla hər məsələni asanlıqla həll edirlər. Halbuki, emosionallıq ağılı örtən ən mühüm amillərdən biridir. Hadisələrə ağılla deyil, hissləri ilə yanaşan insan doğru ilə yanlışı ayırd edə bilməz. Tərəfsiz qərar verə bilməz, ona görə də ədalətli davranmaz. İnsanların nə düşündüklərinə əhəmiyyət verdiyi üçün tez və ağıllı qərarlar verməz. Emosional xarakterə malik olan insan hadisələri Quranın ölçülərinə əsasən deyil, öz mühakimə dəyərlərinə uyğun qiymətləndirər.